Bazar, 19 May

"Heç bir ölkə buna görə Ukraynaya təzyiq göstərmir" - Kuleba

image

"Heç bir ölkə Ukraynaya Rusiya ilə danışıqlar və ya bu ölkəyə güzəştə getmək üçün təzyiq göstərmir".

Xəbər verilir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Stokholmda İsveç Baş naziri və xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Avropada da da anlayırlar ki, Rusiya danışıqlarda maraqlı deyil və sülh axtarmır, buna görə də biz həmrəy olmalıyıq. Biz Rusiyaya hər hansı güzəştə getmək və ya danışıqlarla bağlı Avropadakı və ya dünyadakı hər hansı dövlət tərəfindən təzyiq altında deyilik. İndi hədəf nöqtəsi tamamilə fərqlidir, əsas hədəf bütün səylərin və resursların Ukraynaya kömək etmək üçün səfərbər olunmasıdır", -  deyə Ukrayna XİN başçısı bildirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41